Azərbaycan boksçusu Avropa Oyunlarındakı çıxışını başa vurub

Azərbaycan boksçusu Avropa Oyunlarındakı çıxışını başa vurub Azərbaycan boksçusu Tayfur Əliyev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarındakı çıxışını başa vurub.
Avropa Oyunları
24 İyun , 2019 16:06
Azərbaycan boksçusu Avropa Oyunlarındakı çıxışını başa vurub

Azərbaycan boksçusu Tayfur Əliyev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarındakı çıxışını başa vurub. 

"Report"un məlumatına görə, 56 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Ukrayna təmsilçisi Nikola Butsenkoya məğlub olub - 1:4.

T.Əliyev 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovu üstələsə də, növbəti rəqibi ilə bacarmayıb. 

Bu gün Azərbaycan boksçularından Məsud Yusifzadə (52 kq) Dmitri Zamotayevlə (Ukrayna), Lorenso Sotomayor (69 kq) Adem Fetahoviçlə (Bosniya və Herseqovina), Məryəm Cəbrayılova isə Vivyen Budai ilə (Macarıstan) üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi