Nazir: Azərbaycan boks növündə Yay Olimpiya Oyunlarına 1 lisenziya qazanıb

Nazir: Azərbaycan boks növündə Yay Olimpiya Oyunlarına 1 lisenziya qazanıb Lakin birbaşa lisenziya yoxdur
Avropa Oyunları
29 İyun , 2015 17:25
Nazir: Azərbaycan boks növündə Yay Olimpiya Oyunlarına 1 lisenziya qazanıb

Bakı. 29 iyun. REPORT.AZ/ Azərbaycan boks növündə 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına 1 lisenziya qazanıb. “Report” xəbər verir ki, bunu "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib.

“Lakin birbaşa lisenziya yoxdur. Hazırda bütün məlumatlar toplanılır və digər idman növləri ilə bağlı ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”, - A.Rəhimov deyib.

O qeyd edib ki, Azərbaycan Avropa Oyunlarından bu günə qədər 15-17 milyon manat gəlir əldə edib. O bildirib ki, bu vəsait bilet satışı, sponsor və tv yayım hüquqlarının satışından qazanılıb. 

Son xəbərlər

Orphus sistemi