​Azərbaycan "Bakı 2015"də medallarının sayını 16-ya çatdırıb

​Azərbaycan "Bakı 2015"də medallarının sayını 16-ya çatdırıb Güləşçi Natalya Sinişin ukraynalı rəqibinə 10:0 hesabı ilə qalib gəlib
Avropa Oyunları
15 İyun , 2015 19:50
​Azərbaycan Bakı 2015də medallarının sayını 16-ya çatdırıb

Bakı. 15 iyun. REPORT.AZ/ Azərbaycanın qadın güləşçisi Natalya Sinişin "Bakı 2015" I Avropa Oyunları çərçivəsində 55 kq çəki dərəcəsində üçüncü yer uğrunda mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, ukraynalı Tatyana Kitlə üz-üzə gələn qadın pəhləvan görüşün sonunda bürünc medalı aktivinə yazdırıb.

Gərgin keçən yarışın sonunda N.Sinişin 10:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Natalya Sinişin ilk görüşdə italiyalı Patrizia Liuzzini (10:0), 1/4 finalda türkiyəli Bediha Günü (12:0), yarımfinalda isə isveçli Sofia Mattssonu (6:5) məğlub edib.

Bununla da Azərbaycan "Bakı 2015" medallarının sayını 16-ya çatdırıb. Ölkəmizin aktivində 7 qızıl, 2 gümüş və 7 bürünc medal var. 

Son xəbərlər

Orphus sistemi