Yuxarı

Azərbaycan "Bakı 2015"də güləş növündə ilk qızıl medalını qazanıb

Komandamızın aktivinə qızıl medalı yunan-Roma güləşçisi Rəsul Çunayev qazandırıb

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycan "Bakı 2015" I Avropa Oyunlarında güləş növündə ilk qızıl medala sahib olub. "Report"un məlumatına görə, həmin medalı yunan-Roma güləşçisi Rəsul Çunayev qazanıb. Çunayev finalda macarıstanlı Balint Korpasiyə qalib gəlib - 4:2.

Qeyd edək ki, bundan öncə Azərbaycanın daha bir güləşçisi Elman Muxtarov bürünc medala layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı 2015" I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və qızları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da güləşçimizin uğurlu çıxışını izləyib. Məhz mükafatlandırma mərasimində də medalları və xatirə hədiyyələrini Prezident İlham Əliyev və Dünya Güləş Birliyinin prezidenti Nenad Lalovic təqdim edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi