Azad Rəhimov Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti ilə ağac əkib

Azad Rəhimov Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti ilə ağac əkib Mərasimdə BAOƏK-nin 3000-dən artıq yerli və əcnəbi əməkdaşı iştirak edib
Avropa Oyunları
11 Mart , 2015 17:33
Azad Rəhimov Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti ilə ağac əkib

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1000-dən çox ağac əkilib. "Report"un məlumatına görə, BAOƏK-in 3000-dən çox yerli və əcnəbi əməkdaşı, eləcədə də "Alov Qoruyanlar" Bakının Müşfiqabad qəsəbəsində könüllü olaraq gələcək meşə zolağının salınmasında iştirak edib.

Ərazidə nar, palıd, qarağac və şam ağacları əkilib. Könüllülərə gənclər və idman naziri, BAOƏK-nin baş icraçı direktoru Azad Rəhimov və Rusiya Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitin də qoşulub.

A.Rəhimov gənclər qarşısında çıxış edərək Oyunların Azərbaycan tarixində möhtəşəm hadisə olacağını və bu tədbirin ölkənin və əhalinin həyatında əhəmiyyətli yer tutacağını söyləyib.

Son xəbərlər

Orphus sistemi