​Azad Rəhimov: "Təmas xəttindəki gərginliyin Avropa Oyunları ilə bağlılığı yoxdur"

​Azad Rəhimov: "Təmas xəttindəki gərginliyin Avropa Oyunları ilə bağlılığı yoxdur" "Oyunlar boyunca bütün müharibələr dayandırılmalıdır"
Avropa Oyunları
3 Fevral , 2015 15:46
​Azad Rəhimov: Təmas xəttindəki gərginliyin Avropa Oyunları ilə bağlılığı yoxdur

Bakı. 3 fevral. REPORT.AZ/ "Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində və sərhəddəki gərginliyin Avropa Oyunları ilə heç bir bağlılığı yoxdur, ola da bilməz. Çünki Oyunlar boyunca bütün müharibələr dayandırılmalıdır". "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir təmas xəttində və sərhəd bölgələrində atışmanın olmasını istəmədiyini deyib: "Qonşu ölkə hər hansı səbəblərə görə bu problemi törədirsə, bunu Avropa Oyunları ilə əlaqələndirə bimərəm. Bu onların aqressiv siyasətidir. Xalqın fikrini ayrı istiqamətə yönəltmək üçündür".

Son xəbərlər

Orphus sistemi