Yuxarı
    Bağlamaq

    Azad Rəhimov: "II Avropa Oyunlarının belə səviyyədə keçiriləcəyini gözləmirəm"

    Biz tam düz etdik ki, oyunları məhz belə yüksək səviyyədə keçirdik

    Bakı. 17 iyun. REPORT.AZ/ "Hesab edirəm ki, yeni layihəni dünyaya, Avropa ölkələrinə, idmançılara təqdim etmək və oyunlara marağı artırmaq üçün biz tam düz etdik ki, oyunları məhz belə yüksək səviyyədə keçirdik. Şəxsən mən gözləmirəm ki, II Avropa Oyunları belə səviyyədə keçirilsin". Bu barədə "Report"un sualını cavablandıran "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib. 

    Nazir deyib ki, Avropa Oyunları yüksək səviyyəli idman yarışı olmalıdır: "Bəlkə II Avropa Oyunlarında belə bir təntənəli Açılış və ya Bağlanış mərasimi keçirilməsin. Hətta ola bilsin ki, bəzi məqamlarda bəzi ölkələr məqamlardan asılı olaraq müəyyən işləri orta səviyyədə təşkil etsinlər. Lakin əsas məqsədimiz Avropa Oyunlarında iştirak edən idmançılarımızın yüksək nailiyyətlər əldə etməsidir".

    O, həmçinin qeyd edib ki, oyunlarda iştirak edən idmançılar rahat yatır, dadlı yeməklər yeyir, vaxtlı vaxtında yarışlara gətirilir, yarışlarda tam şəkildə standartlara uyğun çıxış edirlər: "Onlar da əzmkarlıqla iştirak etməlidirlər. İstərdim ki, gələcək Avropa Oyunlarında dünya rekordları vurulsun".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi