Yuxarı

Azad Rəhimov: "Rusiya və Ukrayna idmançıları arasında heç bir insident baş verməyib"

Biz sonadək araşdırma aparacağıq, məsələnin hardan və necə qaynağlandığının səbəbləri bizə də çox maraqlıdır

Bakı. 13 iyun. REPORT.AZ/ Bakıda Ukrayna və Rusiya idmançıları arasında heç bir insident baş verməyib. “Report”xəbər verir ki, bunu l Avropa Oyunlarının açılış mərasimi ilə bağlı keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov bildirib.

O qeyd edib ki, insidentdə adı hallanan idmançılar da belə bir hadisənin yaşanmadığını səmimi etriaf ediblər: ”Çox təəssüf edirəm ki, mətbuatda belə yanlış informasiyalar yayıldı. Biz araşdırma apardıq. Rusiya və Ukrayna idmançıları ilə danışdıq, onlar da səmimi etiraf etdilər ki heç bir insident baş verməyib. Amma biz sona qədər araşdırma aparacağıq, məsələnin haradan və necə qaynağlandığının səbəbləri bizə də çox maraqlıdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi