Azad Rəhimov II Avropa Oyunlarının Koordinasiya Komissiyasının iclasında iştirak edir

Azad Rəhimov II Avropa Oyunlarının Koordinasiya Komissiyasının iclasında iştirak edir Bakı. 6 sentyabr. REPORT.AZ/ Belarusun paytaxtında Minsk-2019 II Avropa Oyunlarına hazırlıq işlərinin müzakirəsi məqsədi ilə Koordinasiya Komissiyasının sayca ikinci iclası işə başlayıb.
Avropa Oyunları
6 Sentyabr , 2018 15:26
Azad Rəhimov II Avropa Oyunlarının Koordinasiya Komissiyasının iclasında iştirak edir

Bakı. 6 sentyabr. REPORT.AZ/ Belarusun paytaxtında "Minsk-2019" II Avropa Oyunlarına hazırlıq işlərinin müzakirəsi məqsədi ilə Koordinasiya Komissiyasının sayca ikinci iclası işə başlayıb. 

Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, iki gün davam edəcək iclasda Azərbaycanı II Avropa Oyunları Koordinasiya Komissiyasının üzvü, nazir Azad Rəhimov təmsil edir.

Komissiyanın iclasında Oyunlara bir ildən az vaxtın qaldığı müddətdə yarış cədvəlinin dəqiqləşdirilməsi, təşkilati məsələlər, idmançıların yerləşdirilməsi və qalacaqları məkanlar barədə daha geniş informasiyanın təqdim edilməsi, yayım, təbliğat işlərinin aparılması, açılış-bağlanış mərasimləri, təhlükəsizlik, könüllülər proqramı və digər mühüm məsələlər müzakirə olunur.

Son xəbərlər

Orphus sistemi