​Azad Rəhimov I Avropa Oyunlarını Macarıstanda təqdim edəcək

​Azad Rəhimov I Avropa Oyunlarını Macarıstanda təqdim edəcək Tədbirdə Macarıstandakı diplomatik nümayəndələr, dövlət məmurları, parlament üzvləri və jurnalistlər də iştirak edəcək
Avropa Oyunları
20 Fevral , 2015 14:50
​Azad Rəhimov I Avropa Oyunlarını Macarıstanda təqdim edəcək

Bakı. 20 fevral. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunlarının təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov Macarıstanın Budapeşt şəhərində rəsmi səfərdədir. "Report"un Gənclər və İdman Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təqdimat mərasimi bu gün Budapeştin məşhur “Viqado” Mərasim Zalında baş tutacaq.

Nazir çıxış edərək, ölkənin birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında görülən işlər, oyunlara hazırlıq prosesi haqda məlumatlar verəcək.

Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacaqları I Avropa oyunlarının Budapeşt şəhərində təqdimatı çərçivəsində ölkəmizin mədəniyyətini, tarix və adətlərini, Oyunlara hazırlıq çərçivəsində görülən işləri özündə əks etdirən video çarx nümayiş olunacaq.

Tədbirdə müxtəlif ölkələrin Macarıstandakı diplomatik nümayəndələri, dövlət məmurları, parlament üzvləri və jurnalistlər də iştirak edəcək. Qonaqlara eyni zamanda Azərbaycan milli mətbəxindən yeməklər də təqdim ediləcək. Sərgi çərçivəsində tədbir iştirakçılarına I Avropa oyunları ilə bağlı bukletlər, suvenirlər və jurnallar da paylanacaq.

Qeyd edək ki, tədbirin sonunda qonaqlar konsert proqramını izəyə biləcək.

Son xəbərlər

Orphus sistemi