Yuxarı
    Bağlamaq

    Azad Rəhimov: "Ermənistan nümayəndə heyətinin Azərbaycana gəlməsi ilk dəfə deyil"

    2008-ci ildə güləş üzrə keçirilən yarışlarda 41 erməni idmançı iştirak edirdi

    Bakı. 11 iyun. REPORT.AZ/ “Son 20 ildə Ermənistan nümayəndə heyətinin Azərbaycana gəlməsi ilk dəfə deyil”.

    "Report" verir ki, bunu iyunun 11-də keçirilən mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

    O bildirib ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlasa da, erməni idmançılar Bakıda keçirilən idman yarışlarına qatılıblar: "2008-ci ildə güləş üzrə keçirilən yarışlarda 41 erməni idmançı iştirak edirdi, bu dəfə isə I Avropa Oyunlarına 25 erməni idmançı qatılır. Bundan əlavə, müxtəlif erməni təşkilatının nümayəndələri Azərbaycanda olan müxtəlif tədbirlərdə işirak ediblər. Yəni beynəlxlaq tədbirin statusu belədir ki, orada müxtəlif ölkələr iştirak edə bilirlər". 

    A.Rəhimov deyib ki, idman yarışlarında iştirakla bağlı Azərbaycan və Ermənistan arasında format işlənərək hazırlanıb: "Əvvəllər nümayəndə göndərirdik, gedib iştirakla bağlı vəziyyəti öyrənirdi. İndi isə biz qarşılıqlı olaraq təhlükəsizliyin təminatına dair məktub veririk. Bu, kifayət edir”

    Nazir qeyd edib ki, Azərbaycan, sadəcə olaraq, ermənilərə təhlükəsizlik təminatı məktubu verir: "Bu da yetərli olur ki, onlar yarışlarda iştirak etsin. Onların təhlükəsizliyi təmin edilir. 2016-cı ildə isə Azərbaycanda "Formula 1", şahmat olimpiadası keçiriləcək. "Formula 1"də ermənilər iştirak etməyəcək. Ancaq düşünürəm ki, şahmat olimpiadasında onlar da iştirak edəcək. İslam oyunlarında da onlar iştirak etməyəcəklər”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi