Azad Rəhimov: "Dünyadakı mürəkkəb iqtisadi vəziyyətə baxmayaraq, I Avropa oyunlarına hazırlıq plan üzrə gedir"

Azad Rəhimov: "Dünyadakı mürəkkəb iqtisadi vəziyyətə baxmayaraq, I Avropa oyunlarına hazırlıq plan üzrə gedir" Oyunların keçirilməsində 12 min könüllü iştirak edəcək
Avropa Oyunları
14 Fevral , 2015 17:29
Azad Rəhimov: Dünyadakı mürəkkəb iqtisadi vəziyyətə baxmayaraq, I Avropa oyunlarına hazırlıq plan üzrə gedir

Bakı. 14 fevral. REPORT.AZ/ Dünyadakı mürəkkəb iqtisadi vəziyyətə baxmayaraq, I Avropa oyunlarına hazırlıq plan üzrə gedir. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə bu gün Azərbaycan gənclər və idman naziri, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Moskvada mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, Bakıda jurnalistlər üçün ayrı mətbuat şəhərciyi tikilir, qida təminatını həyata keçirmək üçün müvəqqəti mətbəx də inşa olunacaq. 

Oyunların keçirilməsində 20 min iddiaçının içindən seçiləcək 12 min könüllü iştirak edəcək. Əsasən bu Azərbaycan ali məktəblərin tələbələri olacaq. 

Mədəni proqram çərçivəsində Bakının qonaqları teatrlara, muzeylərə gedə biləcək. "Bu mədəniyyət obyektləri Oyunların davam etdiyi 17 gün ərzində fəaliyyət göstərəcək", - A.Rəhimov qeyd edib. 

I Avropa oyunları proqramına 20 idman növü üzrə yarışlar daxil ediləcək, onlardan 16-sı olimpiya növləridir. Ümumilikdə cəmi 239 dəst medal uğrunda mübarizə aparılacaq. 

Son xəbərlər

Orphus sistemi