Yuxarı

Azad Rəhimov: "Avropa Oyunlarının potensialı Azərbaycan xalqının mənafeyinə xidmət etməlidir"

Bütün idman qurğularında işlər son günədək aparılacaq

Bakı. 16 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları üçün inşa edilən bütün obyektlərdə texnoloji işlər son günədək aparılacaq. "Report"un məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri, "Bakı 2015"in icraçı direktoru Azad Rəhimov açıqlama verib. 

A.Rəhimov Açılış və Bağlanış mərasimlərinin keçiriləcəyi Bakı Olimpiya Stadionunun artıq hazır olduğunu vurğulayıb. Bununla belə, nazir əksər idman qurğularında iyunun 11-dək yoxlamaların aparılacağını söyləyib: "Obyektlərdə müvəqqəti qurğular tikilir. Bu işlər hələ davam edir. Bizə arenaları yoxlamaq lazımdır. Hansı arenada test yarışları keçirilmirsə, biz volontyorlarla birgə o arenaya girib baxacağıq ki, ora gələcək insanlar necə istiqamətləndiriləcək. Bütün arenalar xüsusi plakatlarla örtülməlidir. Böyük bilbordlar olacaq ki, orada videolar göstəriləcək".

Nazirin fikrincə, Avropa Oyunlarının böyük potensialı var və bu potensial Azərbaycan xalqının mənafeyinə xidmət etməlidir: "Bundan sonra Formula-1 və İslam Həmrəyliyi Oyunlarını keçirməyə hazırıq. AVRO-2020-nin də bir neçə oyunu Bakıda olacaq". 

A.Rəhimov, həmçinin bildirib ki, Avropa Oyunlarının məşəlini daşımaq istəyən 28 mindən artıq şəxs öz namizədliyini verib. 

Qeyd edək ki, I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi