Yuxarı
    Bağlamaq

    Azərbaycan Səhiyyə Nazirliyi “Bakı-2015” I Avropa Oyunlarına tibb işçilərinin cəlb olunmasına dair elan yayıb

    Könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərdən əsasən iki istiqamət üzrə tələblərə cavab vermələri tələb olunur

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycan Səhiyyə Nazirliyi “Bakı-2015” I Avropa Oyunlarına tibb işçilərinin cəlb olunmasına dair elan yayıb. “Report”un xəbərinə görə, nazirlik iştirakçılara və xarici qonaqlara keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək məqsədilə könüllüləri əməkdaşlıq üçün dəvət edib.

    Könüllü tibb işçisi qismində iştirak etmək istəyən şəxslərdən əsasən iki istiqamət üzrə tələblərə cavab vermələri tələb olunur. Belə ki, müraciət edən şəxslər ali tibbi təhsilli (terapevt, fizioterapevt, kardioloq, travmatoloq-ortoped və s. ixtisaslar üzrə) və 25-45 yaş arasında olmalıdır. Xarici dilləri bilən şəxslərə üstünlük veriləcək.

    Maraqlananlar tərcümeyi-hallarını bu il oktyabrın 31-dək nazirliyin elektron poçt ünvanlarına göndərə bilərlər.

    Qeyd edək ki, 2015-ci ilin iyun ayında Bakıda I Avropa Oyunları keçiriləcək. Ənənəvi və innovativ idman növləri ilə dünyanın 7000-dən çox yüksək dərəcəli idmançısı bu yarışlarda iştirak üçün 20 günə yaxın müddət ərzində Azərbaycanda olacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi