Yuxarı

Azərbaycan prezidenti Avropa Olimpiya Komitəsinin prezidenti ilə "Bakı-2015" Avropa Oyunlarına hazırlığı müzakirə edib

Görüşdə idman sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib. “Report”un xəbərinə görə, görüşdə 2015-ci ildə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyi qeyd olunub, Azərbaycanda idmanın bütün növlərinin inkişafına göstərilən dövlət qayğısının önəmi vurğulanıb, idman sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi