Yuxarı

Azərbaycan Hava Yolları "Bakı 2015"-in 6-cı rəsmi tərəfdaşı elan olunub

AZAL gələn il Avropa Oyunları ilə bağlı olaraq Bakıya gündəlik uçuşlarının sayını artıracaq

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakı 2015 Avropa Oyunları  Azərbaycan Hava Yolları ilə Rəsmi Tərəfdaşlıq barədə müqavilə imzalaylb. "Report"un məlumatına görə, Avropa Oyunları barədə beynəlxalq səviyyədə insanların məlumatlılığını artırmağa kömək məqsədilə Azərbaycan Hava Yolları bu saziş əsasında Bakı 2015-in brendini daşıyacaq və həmçinin, ölkəyə uçuşlar zamanı təqdim edilən filmlərdə və jurnallarda Oyunlar barədə təsvirlər verəcək.

Eyni zamanda, bu müqavilə gələn yay möhtəşəm idman yarışlarına gələn qonaqların qarşılanmasında Heydər Əliyev Beynəlxalq Hava Limanında yetərli səviyyədə təbliğatın aparılmasını təmin edəcəkdir.

Hər il 1.7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsində xidmət göstərən bu şirkət gələn il Avropa Oyunları ilə bağlı olaraq Bakıya gündəlik uçuşlarının sayını artıracaq.

Azərbaycan Hava Yollarının prezidenti cənab Cahangir Əsgərov deyib: “Bakı 2015 Avropa Oyunları Azərbaycanda yüksək səviyyəli idman tədbirindən zövq almaq üçün dünyanı Bakıya gətirəcək gözəl fürsətdir. Rəsmi Tərəfdaş kimi Avropa Oyunlarına qoşulmaq bizim üçün qürurdur və biz Bakı 2015 brendini uçuşlarımızla bütün dünyaya çatdırmağı səbirsizliklə gözləyirik”.

Azərbaycan Hava Yolları P&G, Tissot, BP, Nar Mobile və ARDNŞ-a qoşularaq Avropa Oyunlarının altıncı Rəsmi Tərəfdaşı oldu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi