Yuxarı

​Avropalı velosipedçilər sabah Azərbaycana gəlir

Velosipedçilər hazırda Gürcüstandadırlar

Bakı. 5 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarına velosipedlə" layihəsi çərçivəsində Azərbaycana səfər edən Portuqaliya və Xorvatiyadan olan velosipedçilər sabah Gürcüstan ərazisindən Azərbaycana daxil olacaqlar. "Report"un məlumatına görə, portuqaliyalı velosipedçi Jorge Kristovao aprelin 10-da öz ölkəsindən yola düşüb və ümumilikdə 6 000 km-dən artıq məsafə qət edib.

Xorvatiyada velosiped idmanının və turizmin təşviqi ilə məşğul olan "Pedalinac" velosiped klubunun 7 üzvü isə mayın 5-də yola çıxıb. Onların marşrutunun uzunluğu təxminən 4 000 km-dir. Hazırda həm portuqaliyalı, həm də xorvatiyalı velosipedçilər Gürcüstan ərazisindədirlər.

Onlar iyunun 6-sı, saat 13:30-da Balakən rayonundakı "Mazimçay" sərhəd gömrük-keçid məntəqəsindən Azərbaycan ərazisinə daxil olacaqlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi