Yuxarı

​Avropalı gənclər "Bakı-2015" İlk Avropa Oyunları ilə əlaqədar çağırış edib - VİDEO

Avropanın 12 ölkəsindən olan gənclər hər biri öz dilində çağırış edib

Bakı. 14 may. REPORT.AZ/ Dünyanın müxtəlif ölkələrindən olan və Böyük Britaniyada təhsil alan gənclər avropalıları iyun ayında Bakıda keçiriləcək İlk Avropa Oyunlarında iştirak etməyə və izləməyə dəvət ediblər. "Report" xəbər verir ki, bu barədə məlumatı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti yayıb. 

Videorolikdə Avropanın 12 ölkəsindən olan gənclər hər biri öz dilində, ən sonda isə Azərbaycanın xalq artisti Faiq Ağayev azərbaycanca insanları İlk Avropa Oyunlarını dəstəkləməyə dəvət edir.

Videoçarxın müəllifi Kənan Rzayev hesab edir ki, hər bir ölkənin vətəndaşının yanız öz dilində diqqətini cəlb etmək və Bakıya – Avropa Oynlarına dəvət etmək maraqlı olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi