Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Bakıya gələcək

Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Bakıya gələcək Antonio Espinoz Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına qatılacaq
Avropa Oyunları
129
19 Noyabr , 2014 12:02
Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Bakıya gələcək

Bakı. 19 noyabr. REPORT.AZ/ Avropa və Ümumdünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinoz noyabrın 19-da Bakıya gələcək. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun "Report"a verdiyi məlumata görə, ispaniyalı funksioner Avropa Olimpiya Komitəsinin noyabrın 21-də işə başlayacaq Baş Assambleyasına qatılacaq. 

Espinoz 2 gün davam edəcək tədbirdən əlavə, bir sıra rəsmi görüşlər keçirəcək, "Bakı-2015" I Avropa Oyunlarında karate yarışının keçiriləcəyi məkanla tanış olacaq. 

Qeyd edək ki, Antonio Espinozla yanaşı, WKF-nin baş katibi Toşihisa Naqura da Bakıya gələcək.

Son xəbərlər

Orphus sistemi