​Avropa Oyunlarının sonuncu - 17-ci günü medal qazanan ölkələr - CƏDVƏL

​Avropa Oyunlarının sonuncu - 17-ci günü medal qazanan ölkələr - CƏDVƏL Azərbaycan yarışları 2-ci pillədə başa vurub
Avropa Oyunları
28 İyun , 2015 19:41
​Avropa Oyunlarının sonuncu - 17-ci günü medal qazanan ölkələr - CƏDVƏL

Bakı. 28 İyun. REPORT.AZ/ Bu gün "Bakı-2015" I Avropa Oyunları çərçivəsində keçirilən bütün idman növləri üzrə yarışlara yekun vurulub.

"Report" xəbər verir ki, yarışların son günü badminton, BMX velosiped idmanı, çimərlik futbolu, cüdo və voleybol üzrə qaliblərin adlarına aydınlıq gəlib.

Yekun nəticəyə görə, Rusiya komandası Oyunları 1-ci, Azərbaycan 2-ci, Böyük Britaniya isə 3-cü yerdə başa vurub.

İlk onluğa düşən ölkələr arasında Almaniya, Fransa, İtaliya, Belarus, Ukrayna, Hollandiya və İspaniyanın adı var.

Finlandiya, Kosovo və Monteneqro yığmaları hərəyə 1 bürünc medal ilə I Avropa Oyunlarını sonuncu yerdə başa vurub.

Albaniya, Andorra, Bosniya və Hersoqovina, İslandiya, Lixtenşteyn, Lüksemburq, Malta və Monako isə yarışları medalsız tərk edib.

Yarışların sonuncu günü İspaniya, Danimarka, Almaniya, Litva, Belçika, Bolqarıstan, Fransa, İrlandiya, Çexiya, Hollandiya, İsveçrə, Rusiya, İtaliya, Sloveniya, Gürcüstan və Ukrayna komandaları hesablarına medal əlavə edə biliblər.

Sıra Ölkə Qızıl Gümüş Bürünc Ümumi
1 Rusiya 79 40 45 164
2 AZƏRBAYCAN 21 15 20 56
3 B.Britaniya 18 10 19 47
4 Almaniya 16 17 33 66
5 Fransa 12 13 18 43
6 İtaliya 10 26 11 47
7 Belarus 10 11 22 43
8 Ukrayna 8 14 24 46
9 Hollandiya 8 12 9 29
10 İspaniya 8 11 11 30
11 Macarıstan 8 4 8 20
12 Serbiya 8 4 3 15
13 İsveçrə 7 4 4 15
14 Türkiyə 6 4 19 29
15 Belçika 4 4 3 11
16 Danimarka 4 3 5 12
17 Rumıniya 3 5 4 12
18 Portuqaliya 3 4 3 11
19 Polşa 2 8 10 20
20 Avstriya 2 7 14 13
21 Gürcüstan 2 6 8 16
22 İsrail 2 4 6 12
23 Slovakiya 2 2 3 7
24 Litva 2 1 4 7
25 İrlandiya 2 1 3 6
26 Xorvatiya 1 4 6 11
27 Bolqarıstan 1 4 5 10
28 Yunanıstan 1 4 4 9
29 İsveç 1 3 3 7
30 Sloveniya 1 1 3 5
31 Latviya 1 0 1 2
32 Çexiya 0 2 5 7
33 Estoniya 0 1 2 3
33 Moldova 0 1 2 3
35 San-Marino 0 1 1 2
36 Ermənistan 0 1 0 1
36 Kipr 0 1 0 1
38 Makedoniya 0 0 2 2
38 Norveç 0 0 2 2
40 Finlandiya 0 0 1 1
40 Kosovo 0 0 1 1
40 Monteneqro 0 0 1 1

Son xəbərlər

Orphus sistemi