Yuxarı

​Avropa Oyunlarının ikinci şanslı qalibi açıqlanıb

Qalib rəsmi tərəfdaş olan Tissotdan saat əldə edib

Bakı. 14 may. REPORT.AZ/ "Bakı-2015" və rəsmi tərəfdaşı "Tissot" Avropa Oyunlarının ikinci şanslı qalibini açıqlayıb. 

"Report"un məlumatına görə, bilet nömrəsi təsadüfi püşkatma ilə seçilmiş Tahirə Məcidova adlı qadın İsveç saat markasının hesabına xüsusi hazırlanmış kişi və qadın saatı əldə edib.

"Bakı-2015"in şanslı qalib kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün rəsmi tərəfdaşların təqdim etdiyi dəyərli hədiyyələr üzrə oynanılır. Növbəti hədiyyələr P&G-dan ailə üçün illik məhsul tədarükü və "Nar Mobile"dan ömürlük danışıq paketidir. Bütün şanslı qaliblər, həmçinin "Bakı-2015" I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə 2 nəfərlik VIP bilet əldə ediblər.

Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi