Avropa Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub - FOTO

Avropa Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub - FOTO Kişilər arasında 4x100 metr sərbəst ötürmədə Böyük Britaniya komandası 1-ci, İtaliya 2-ci, Rusiya 3-cü yeri tutub
Avropa Oyunları
23 İyun , 2015 21:34
Avropa Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub - FOTO

Bakı. 23 İyun. REPORT.AZ/ I Avropa Oyunlarında kişilər arasında 400 metr sərbəst üsulla üzmə yarışında da qaliblər müəyyənləşib. Almaniyalı Paul Hençel 1-ci, yunanıstanlı Dimitrios Dimitriu 2-ci, rusiyalı Ernest Maksimov isə 3-cü olub.

"Report"un məlumatına görə, kişilər arasında 50 metr kəpənək üsulu ilə üzmədə ən güclülər məlum olub. Burada qızıl medalı ukraynalı Andrey Xloptsov, gümüşü polşalı Pavel Sendik, bürünc medalı isə rusiyalı Daniel Paxomov qazanıb.

Bundan başqa qadınlar arasında üzgüçülük üzrə 400 metr fərdi kompleks yarışında qaliblər müəyyənləşib. Britaniyalı Ebbi Vud 1-ci, italiyalı İlariya Kuzinato 2-ci, serbiyalı Anya Krevar isə 3-cü olub.

Qadınların 50 metr qurbağa üsulu ilə üzmə yarışında isə rusiyalı idmançı Mariya Astaşkina hamıdan üstün olub. 2-ci yeri alman Laura Kelş, 3-cü yeri isə fransalı Nolven Herve tutub.

Həmçinin qadın üzgüçülər arasında 800 metr sərbəst üsulla üzmə yarışında qaliblər müəyyənləşib. Britaniyalı Holli Hibbot 1-ci, Rusiya təmsilçisi Anastasiya Kirpiçnikova 2-ci, ispan idmançısı Marino Kastro Atalaya isə 3-cü olub.

Qadınlar arasında 4x100 metr sərbəst ötürmədə ən güclü rusiya üzgüçüləri olub. Hollandiya gümüş, Böyük Britaniya isə bürünc medala yiyələnib.

Komanda yarışlarında kişilər arasında 4x100 metr sərbəst ötürmədə Böyük Britaniya komandası 1-ci, İtaliya 2-ci, Rusiya 3-cü yeri tutub.

Foto: Elşən Baba

Son xəbərlər

Orphus sistemi