​Avropa Oyunlarının növbəti şanslı qalibi açıqlanıb

​Avropa Oyunlarının növbəti şanslı qalibi açıqlanıb Qalib ailəsi üçün illik P&G məhsullarının sahibi olub
Avropa Oyunları
202
26 May , 2015 14:30
​Avropa Oyunlarının növbəti şanslı qalibi açıqlanıb

Bakı. 26 may. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının növbəti "Şanslı qalib"i açıqlanıb. "Report"un məlumatına görə, Elnarə Rəsulova bilet nömrəsi ilə təsadüfi çəkilişdə qalib gəlib. 

O, ailəsi üçün illik P&G məhsullarının sahibi olub. "Bakı 2015"in "Şanslı qalib" kampaniyası onlayn bilet alan yerli tamaşaçılar üçün keçirilir. İyunun əvvəllərində elan ediləcək sonuncu Şanslı Qalib "Nar Mobile"dan ömürlük danışıq paketi qazanacaq. Bütün mükafatlara "Bakı 2015" I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə iki VIP bilet də daxildir.

Qeyd edək ki, ilk "Şanslı Qalib" olmuş Ofeliya Abdullayeva AZAL tərəfindən ABŞ-ın Nyu-York şəhərinə iki nəfərlik biznes-klasda gediş-gəliş uçuş bileti və 1500 manat cib xərcliyi qazanıb. İkinci qalib Tahirə Məcidova isə "Tissot"dan kişi və qadın saatı əldə edib.

Son xəbərlər

Orphus sistemi