Yuxarı
    Bağlamaq

    ​Avropa Oyunları Norveç, Gürcüstan və İsraildə də yayımlanacaq

    5 teleşirkətlə müqavilə imzalanıb

    Bakı. 17 may. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunlarının nümayişi ilə bağlı daha 4 ölkənin 5 televiziya şirkəti ilə müqavilə imzalanıb. "Report"un məlumatına görə, Oyunlar Ukrayna, Gürcüstan, Norveç və İsraildə də nümayiş etdiriləcək.

    Ukraynanın 16 milyon evdə ödənişsiz yayımını təklif edən NTU, Gürcüstanda 2012-ci il London Yay Olimpiya Oyunlarını işıqlandırmış ödənişsiz İctimai Kanal, Norveçin 2016-cı il Rio-de-Janeyro Olimpiadasının yayım hüququnu əldə etmiş ödənişsiz TV2 və İsrailin ödənişli idman telekanalları olan "Sport 5" ("Sport Channel") və "Sport 1" ("Çarlton") kanalları ilə saziş əldə olunub.

    Yeni müqavilələrlə bağlı danışan "Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq I Avropa Oyunlarını işıqlandırmaq üçün televiziya şirkətlərinin marağının artmaqda olduğunu bildirib. O deyib ki, məqsəd həm də Avropa Oyunları brendini beynəlxalq səviyyədə yaratmaqdır: "Orta hesabla hər gün ən azı 6 saatlıq yayımla bazarın 70%-nə nüfuz etməklə Avropa Oyunları qitədə 176 milyondan çox evdə izlənə biləcək”.

    Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunlarının yayımı məqsədilə ABŞ, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan və Avropa ölkələrinin yayım şirkətləri ilə müqavilə imzalanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi