Yuxarı

Avropa Oyunlarına biletlərin satışa çıxarılma vaxtı açıqlanıb

Qiymətlər əhali üçün kifayət qədər uyğun məbləğdə olacaq

Bakı. 3 mart. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunlarının biletləri martın ikinci yarısından satışa çıxarılacaq. "Report"un məlumatına görə, bu barədə "Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin idman direktoru Pirs O Kallahan açıqlama verib. 

O bildirib ki, biletlər 19 - 21 martdan satışda olacaq. Lakin konkret tarixi və qiymətləri açıqlamayan P.Kallahan onların yerli əhali üçün kifayət qədər uyğun məbləğə olacağını bildirib. 

Qeyd edək ki, "Bakı-2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi