Yuxarı

​Avropa çempionatının daha bir iştirakçısı Bakıya gəlib - FOTO

​Avropa çempionatının daha bir iştirakçısı Bakıya gəlib

Bakı. 1 may. REPORT.AZ/ Bakıda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının daha bir iştirakçısı paytaxta gəlib. "Report"un məlumatına görə, Fransa yığması bu gün saat 18:35-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

Yığmanı hava limanında yarışın Təşkilat Komitəsinin üzvləri və jurnalistlər qarşılayıb.

Qeyd edək ki, C qrupunda mübarizə aparacaq Fransa yığmasının rəqibləri Danimarka, İsveç və İngiltərədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi