​"Atletiko Madrid" "Bakı-2015"lə çıxış edəcək

​"Atletiko Madrid" "Bakı-2015"lə çıxış edəcək Migel Anxel Gil Marin: "Bu Oyunları təbliğ etməkdən olduqca məmnunuq"
Avropa Oyunları
7 Fevral , 2015 15:35
​Atletiko Madrid Bakı-2015lə çıxış edəcək

Bakı. 7 fevral. REPORT.AZ/ Bu gün İspaniya çempionatında "Real Madrid"lə qarşılaşacaq "Atletiko Madrid" meydanda yeni forma yazısı ilə çıxacaq. "Report"un məlumatına görə, önündə "Azerbaijan Land of Fire" yazılan formalarda əvəzində "Baku-2015" əks olunacaq.

"Bakı-2015"lə Madrid klubu arasında imzalanmış müqaviləyə əsasən komanda həm ölkə çempionatı, həm də Çempionlar Liqasının oyunlarında önündə "Bakı-2015" yazılan forma ilə çıxış edəcək.

"Atletiko Madrid"in baş icraçı direktoru Migel Anxel Gil Marin bundan oyunçuların böyük qürur hissi duyduğunu deyib: "Oyunçularımız bu gündən etibarən mövsümün sonunadək böyük qürur hissi ilə "Bakı-2015" loqotipli formalarını geyinəcəklər. İlk Avropa Oyunları qitənin idman sahəsindəki inkişafında irəliyə atılan böyük bir addımdır və biz İspaniya və Avropanın lider futbol klublarından biri olaraq bu Oyunları təbliğ etməkdən olduqca məmnunuq”.

"Bakı-2015"in kommersiya direktoru Çarli Viceratna isə bu əməkdaşlığın I Avropa Oyunları haqqında məlumatlılığın, brendin dəyərinin və yaradılan təkanın artırılmasının innovativ yolu olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi