Yuxarı

AOK prezidenti: "Azərbaycan "Bakı-2015" oyunlarında erməni nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verir"

Ermənistan nümayəndə heyəti iştirak etmək qərarına gəlsə, Bakıda erməni idmançılarına təhlükəsizlik zəmanəti veriləcək

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Avropa Olimpiya Komitəsi (AOK) və Azərbaycan 2015-ci ilin yayında Bakıda keçiriləcək Birinci Avropa Olimpiya oyunlarında erməni nümayəndə heyətinin təhlükəsizliyinə zəmanət verir". "Report" Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu AOK prezidenti Patrik Xikki Yerevanda mətbuat konfransında bildirib.

"Biz müvafiq zəmanətlər veririk. Əgər Ermənistan nümayəndə heyəti iştirak etmək qərarına gəlsə, Bakıda erməni idmançılarına hörmətlə yanaşılacaq və təhlükəsizlik zəmanəti veriləcək. Avropa Oyunlarında iştirakdan imtina etdikləri təqdirdə Ermənistana heç bir sanksiya tətbiq olunmayacaq, eləcə də erməni idmançılarına qarşı gələcək çempionatlarda iştirak üçün heç bir maneə törədilməyəcək" - deyə, P.Xikki bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi