Yuxarı
    Bağlamaq

    ​Aleksandr Jukov: "Bakıda keçirilən Avropa Oyunları Olimpiyada səviyyəsində keçirilib"

    Bu yarışların necə keçdiyini görüb, dörd ildən sonra ikinci Avropa Oyunlarını keçirmək istəyən ölkələrin olacağına əminəm

    Bakı. 30 iyun. REPORT.AZ/ Bakıda keçirilən Avropa Oyunlarının səviyyəsi o dərəcədə yüksək idi ki, Olimpiyadaların keçirilməsi standartlarına tam uyğun gəlirdi.

    "Report" xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Rusiya Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Aleksandr Jukov bildirib.

    "Bakı Oyunların keçirilməsi səviyyəsini yüksəyə qaldırdı. I Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunmuşdu, onları Olimpiya Oyunları ilə müqayisə etmək olar. Bu yarışların necə keçdiyini görüb, dörd ildən sonra ikinci Avropa Oyunlarını keçirmək istəyən ölkələrin olacağına əminəm",- Jukov deyib.

    Qeyd edək ki, o, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin 2022-ci il Olimpiadasının keçirilməsi üzrə qiymətləndirmə komissiyasının sədridir.

    İlk Avropa Oyunları 12-28 iyunda Bakıda keçirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi