​Aİ səfiri: "Bakıda keçirilən I Avropa oyunları əsl idman festivalı olacaq"

​Aİ səfiri: "Bakıda keçirilən I Avropa oyunları əsl idman festivalı olacaq" "Oyunlar Azərbaycana özünü təqdim etmək imkanı verəcək"
Avropa Oyunları
6 May , 2015 13:11
​Aİ səfiri: Bakıda keçirilən I Avropa oyunları əsl idman festivalı olacaq

Bakı. 6 may. REPORT.AZ/ Bakıda keçirilən I Avropa oyunları əsl idman festivalı olacaq. "Report" xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa oyunlarını şərh edərkən bildirib.

Səfir qeyd edib ki, 6 mindən artıq avropalı idmançı bu oyunlarda iştirak edəcək və bütün dünyada bu tədbirin başlanması səbirsizliklə gözlənilir.

Onun fikrincə, bu möhtəşəm idman tədbiri "Azərbaycana özünü təqdim etmək imkanı verəcək". 

Son xəbərlər

Orphus sistemi