Yuxarı

1/4 finala çıxan azərbaycanlı boksçu: “Bu yarışda çempion olacağıma inanıram”

“Allah mənə qələbə qazanmağım üçün güc verdi”

Bakı. 21 iyun. REPORT.AZ/ “İlk döyüşdən qalib ayrıldığıma görə sevincliyəm. Belə yarışlarda adətən ilk döyüş ağır olur. Allah mənə qələbə qazanmağım üçün güc verdi. Azarkeşlərin dəstəyi çox yaxşı idi. Mənə azarkeşlik edənlərin hamısına təşəkkür edir və cansağlığı diləyirəm. Bundan sonra da bizi elə dəstəkləsinlər ki, durmadan döyüşə bilək”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı 2015” I Avropa Oyunlarında Azərbaycanı təmsil edən boksçu Əbdülqədir Abdullayev deyib.

Macarıstanlı Adam Hamoniyə 3:0 hesabı ilə qalib gələrək 1/4 finala çıxan boksçu ilk Avropa Oyunlarının qalibi olacağına inandığını da vurğulayıb: “Bu yarışda çempion olacağıma inanıram. Bütün rəqiblərim güclüdür. Onların hər birindən məğlubiyyət gözləmək olar: Ani bir zərbə və sən məğlubsan... Yaxşı hazırlıq keçmişik. Meksikada üç həftə gərgin məşqlərimiz olub. Bütün məşqçilərə, bizə dəstək verən və kömək edənlərin hamısına təşəkkür edirəm!”

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi