UEFA Türkiyə və Xorvatiyaya qarşı intizam işi açıb

UEFA Türkiyə və Xorvatiyaya qarşı intizam işi açıb Məsələyə iyulun 21-də baxılacaq
Futbol
13 İyun , 2016 16:35
UEFA Türkiyə və Xorvatiyaya qarşı intizam işi açıb

Bakı. 13 iyun. REPORT.AZ/ UEFA Türkiyə və Xorvatiya futbol federasiyalarına qarşı intizam işi açıb. 

"Report"un məlumatına görə, Avropa futbol qurumu iki ölkənin yığma komandaları arasında iyunun 12-də keçirilmiş qarşılaşmada yaşananlara hüquqi qiymət verəcək. 

Türkiyə tərəfi yığma azarkeşlərinin tribunada fişəng yandırmaları və meydana kənar əşyalar atmaları səbəbindən ittiham olunur. Xorvatiyanı isə fanatlarının fişəng yandırmaları və oyun zamanı meydana azarkeşin girməsi ilə əlaqədar cəza gözləyir. 

Məsələyə iyulun 21-də baxılacaq. 

Qeyd edək ki, oyun Xorvatiya yığmasının qələbəsi ilə yekunlaşıb - 1:0.

Son xəbərlər

Orphus sistemi