Yuxarı

​Ronaldu jurnalistin mikrofonunu çaya atıb - VİDEO

Messi ilə bağlı sual futbolçunu əsəbləşdirib

Bakı. 22 iyun. REPORT.AZ/ Portuqaliya yığmasının və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu televiziya müxbirinin mikrofonunu suya atıb. "Report"un məlumatına görə, hadisə bu gün Macarıstanla Avropa çempionatının oyunu öncəsi gəzinti zamanı baş verib.

KİV nümayəndələrinə futbolçulara yaxınlaşmaq qadağan edilsə də, "Correio da Mania" nəşrinin əməkdaşı Ronalduya yaxınlaşaraq Lionel Messinin Argentina yığmasının heyətində Amerika Kubokunda bu gecə ABŞ-a vurduğu qolu izləyib-izləmədəyini soruşub. Bu isə futbolçunun qəzəbi ilə qarşılanıb.

Nəticədə 31 yaşlı hücumçu mikrofonu jurnalistin əlindən alaraq yaxınlıqdakı gölə atıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi