Yuxarı

​Robert Prosineçki Türkiyə-Xorvatiya oyunu öncəsi Arda Turanla görüşüb

Rakitiç Turanı Azərbaycan millisinin baş məşqçisi ilə tanış edib

Bakı. 12 iyun. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçiləri İvan Rakitiç və Arda Turan Avro-2016-nın qrup mərhələsi çərçivəsində Xorvatiya və Türkiyə arasında keçiriləcək I tur oyunu öncəsi görüşüblər.

"Report" "Turkish-football"a istinadən xəbər verir ki, xorvat Türkiyə yığmasının kapitanını ölkəsinin əfsanəvi futbolçusu, hazırda Azərbaycan millisinə rəhbərlik edən Robert Prosineçki ilə tanış edib.

Oyuna dəqiqələr qalmış futbolçular bir daha görüşüblar, lakin bu dəfə meydanda.

Türkiyə - Xorvatiya matçı Bakı vaxtı ilə 17.00-da start götürəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi