​Azərbaycan millisinin baş məşqçisi Almaniya - Şimali İrlandiya oyununu izləyib

​Azərbaycan millisinin baş məşqçisi Almaniya - Şimali İrlandiya oyununu izləyib Xorvatiyalı mütəxəssis Parisdə olub
Futbol
22 İyun , 2016 10:16
​Azərbaycan millisinin baş məşqçisi Almaniya - Şimali İrlandiya oyununu izləyib

Bakı. 22 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Fransada keçirilən Avropa çempionatında daha bir oyunu izləyib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı baş məşqçi Almaniya və Şimali İrlandiya yığmaları arasında keçirilmiş qarşılaşmanı Parisdəki "Park de Prens" stadionundan canlı izləyib.

Görüş Almaniyanın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Hər iki komanda DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda mübarizə aparacaq.

Qeyd edək ki, R.Prosineçki daha öncə İspaniya - Çexiya (1:0), Şimali İrlandiya - Ukrayna (2:0) və Xorvatiya - Çexiya (2:2) oyunlarını da stadiondan izləyib.

Son xəbərlər

Orphus sistemi