Yuxarı

Leonid Slutski futbol üzrə Rusiya milli komandasının baş məşqçi postundan istefa verəcək

AVRO-2016-dan sonra komandanı 2018-ci il dünya çempionatına başqası hazırlamalıdır

Bakı. 21 iyun. REPORT.AZ/ Leonid Slutski futbol üzrə Rusiya milli komandasının baş məşqçi postundan istefa verəcək. "Report"un məlumatına görə, bu barədə təcrübəli mütəxəssisin özü Avropa çempionatında Uelsə 0:3 hesabı ilə uduzduqları matçın ardından açıqlamasında bildirib.

O deyib ki, AVRO-2016-dan sonra komandanı Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatına başqası hazırlamalıdır. Slutski azarkeşlərdən üzr istəməyi də vacib sayıb. 

Baş məşqçi ümidləri doğrultmayaraq, Fransanı başıaşağı tərk etmələrindən çox təəssüfləndiklərini vurğulayıb.

Qeyd edək ki, Rusiya millisi B qrupunda 3 oyundan cəmi 1 xal toplayaraq, sonuncu olub. Daha öncə Ukrayna yığması sonuncu yeri tutduğu üçün Mixail Fomenko baş məşqçi postu ilə vidalaşacağını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi