Yuxarı

​Konte: "İtaliya Belçikaya qalib gəlməklə hələ heç nəyə nail olmayıb"

Belə birlik və komanda ilə biz çox şey əldə edə bilərik

Bakı. 14 iyun. REPORT.AZ/ İtaliya komandası futbol üzrə Avropa çempionatında Belçika yığması üzərində qazanılan qələbə ilə hələ heç nəyə nail olmayıb.

"Report" "Football Italia" nəşrinə istinadən xəbər verir ki, bu sözləri italiyalıların baş məşqçisi Antonio Konte deyib.

İtaliya "E" qrupunun ilk oyununda Belçika üzərində 2:0 hesabı ilə qələbə qazanıb.

"Gözəl oyun idi, biz buna yaxşı hazırlaşmışdıq və düzgün oynadıq. Biz turnirin favoritlərindən olan olduqca güclü komandaya qarşı oynadıq. Biz belə birlik və komanda ilə çox şeyə nail ola bilərik. Biz bu qələbə ilə hələ heç nəyə nail olmamışıq, lakin bu uşaqlarla nail olacağımıza ümid edirəm, onlar buna layiqdirlər", - deyə Konte bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi