Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu olub - YENİLƏNİB2 - VİDEO

Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu olub - YENİLƏNİB2 - VİDEO Həlledici qarşılaşmada təşkilatçı ölkə millisi məğlub olub
Futbol
11 İyul , 2016 01:32
Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu olub - YENİLƏNİB2 - VİDEO

Bakı. 10 iyul. REPORT.AZ/ Portuqaliya və Fransa yığmaları arasında keçirilən Avropa çempionatının final matçı başa çatıb. "Report"un məlumatına görə, təşkilatçı ölkə millisi 109-cu dəqiqədə Ederin vurduğu qolla məğlubiyyətə düçar olub - 0:1. 

Bununla da Portuqaliya millisi tarixində ilk dəfə Avropa çempionu olub.

_____

01:19. Portuqaliya və Fransa yığmaları arasında keçirilən Avropa çempionatının final matçında hesab açılıb. "Report"un məlumatına görə, əlavə vaxtda - 109-cu dəqiqədə Eder Portuqaliya millisini hesabda önə çıxarıb - 1:0.

-----

Portuqaliya və Fransa yığmaları arasında keçirilən Avropa çempionatının final matçının əsas vaxtı heç-heçə ilə tamamlanıb - 0:0. "Report"un məlumatına görə, 90 dəqiqəlik mübarizənin yekununda qol vurulmayıb. 

Hər biri 15 dəqiqədən ibarət iki hissəlik əlavə vaxt təyin olunub. 

-----

00:01.

Portuqaliya və Fransa yığmaları arasında keçirilən Avropa çempionatının final matçında ikinci hissə başlayıb. "Report"un məlumatına görə, ilk yarıdan sonra hesab açılmayıb - 0:0. 

25-ci dəqiqədə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu zədələnərək, oyunu tərk edib. 

O, kapitan sarğısını Luiş Naniyə, yerini isə Rikardu Kuarejmaya verib.

-------------

İlk xəbər 23:06-da yayımlanıb. 

Fransada keçirilən futbol üzrə Avropa çempionatında final matçı start götürüb. "Report"un məlumatına görə, həlledici qarşılaşmada təşkilatçı ölkə millisi ilə Portuqaliya yığmaları üz-üzə gəlir.

"Stad de Frans"da keçirilən matçı ingiltərəli referi Mark Klattenburq idarə edir. 

Komandalar meydana bu heyətlə çıxıb:

Portuqaliya: 1. Ruy Patrisiu ("Sportinq"), 3. Joze Fonte ("Sautgempton", İngiltərə), 5. Rafael Gerrero ("Loryan", Fransa), 7. Kriştianu Ronaldu ("Real Madrid", İspaniya - kapitan), 10. Joao Mario ("Sportinq"), 14. Vilyam Karvalyo, 16. Renato Sançes ("Benfika", Portuqaliya), 17. Luiş Nani ("Fənərbağça", Türkiyə), 21. Sedrik ("Sautgempton", İngiltərə), 23. Adrien Silva ("Sportinq", Portuqaliya)

Baş məşqçi: Fernandu Santuş

Fransa: 1.Uqo Lyoris ("Tottenhem", İngiltərə - kapitan), 3.Patris Evra ("Yuventus", İtaliya), 7.Antuan Qrizmann ("Atletiko", İspaniya), 8.Dimitri Paye ("Vest Hem", İngiltərə), 9.Olivye Jiru ("Arsenal", İngiltərə), 14.Blez Matüidi (PSJ), 15.Pol Poqba ("Yuventus", İtaliya), 18.Mussa Sissoko ("Nyukasl", İngiltərə), 19.Bakari Sanya ("Mançester Siti", İngiltərə), 21.Loran Koselnı ("Arsenal", İngiltərə), 22.Samuel Umtiti ("Lion")

Baş məşqçi: Didye Deşam

Qeyd edək ki, seçmə mərhələdə Portuqaliyanın qalib olduğu I qrupunda Fransa müsabiqədənkənar iştirak edib. Final mərhələsində isə Fransa A qrupunda 7 xalla birinci, Portuqaliya F qrupunda 3 xalla 3-cü yeri tutub. 

Son xəbərlər

Orphus sistemi