Fransada İngiltərə və Rusiya yığmalarının azarkeşləri arasındakı davanın görüntüləri yayılıb - VİDEO

Fransada İngiltərə və Rusiya yığmalarının azarkeşləri arasındakı davanın görüntüləri yayılıb - VİDEO İki ingilis azarkeş saxlanılıb
Futbol
11 İyun , 2016 12:16
Fransada İngiltərə və Rusiya yığmalarının azarkeşləri arasındakı davanın görüntüləri yayılıb - VİDEO

Bakı. 11 iyun. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa çempionatının ilk turu çərçivəsində üz-üzə gələcək İngiltərə və Rusiya yığmalarının azarkeşləri arasında Fransanın Marsel şəhərində baş vermiş davanın görüntüləri yayılıb. "Report"un Daily Mail"ə istinadən verdiyi məlumata görə, toqquşma ötən gün axşam saatlarında şəhər pablarından birində baş verib.

İnsidentdə 200 azarkeş, o cümlədən, fransalı fanatlar da iştirak edib. Polis gözyaşardıcı qazdan istifadə edib. İki ingilis azarkeş saxlanılıb. 

Qeyd edək ki, "Velodrom" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi