Yuxarı

Bu gün ​Avropa çempionatının ilk finalçısı müəyyənləşəcək

Yarımfinalda Portuqaliya və Uels yığmaları qarşılaşacaq

Bakı. 6 iyul. REPORT.AZ/ Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının ilk finalçısı müəyyənləşəcək. 

"Report"un məlumatına görə, yarımfinalda Portuqaliya və Uels yığmaları qarşılaşacaq.

Qrup mərhələsini 3-cü pillədə başa vuraraq 1/8 finala yüksələn Portuqaliya ardıcıl olaraq Çexiya və Polşa komandalarını mübarizədən kənarlaşdırıb. B qrupunda lider olmuş Uels isə Şimali İrlandiya və Belçika yığmaları üzərində qələbə qazanaraq yarımfinalda iştirak hüququ əldə edib.

Bu görüşdə qələbə qazanan komanda finalda Almaniya-Fransa cütünün qalibi ilə görüşəcək.

Avropa çempionatı, yarımfinal mərhələsi

23:00. Portuqaliya-Uels

Baş hakim: Yonas Eriksson

Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark

Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)

Dördüncü hakim: Şimon Martsinyak

Ehtiyat köməkçi hakim: Pavel Sokolniçki (hər ikisi Polşa)

Lion. Lion stadionu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi