​Azərbaycan millisinin baş məqçisi: "Seçmə oyunlardakı Türkiyəni Fransada görmədik"

​Azərbaycan millisinin baş məqçisi: "Seçmə oyunlardakı Türkiyəni Fransada görmədik" Robert Prosneçki: "Həqiqətən də komandada nələr baş verdiyini anlamaq çox çətindir"
Futbol
20 İyun , 2016 15:51
​Azərbaycan millisinin baş məqçisi: Seçmə oyunlardakı Türkiyəni Fransada görmədik

Bakı. 20 iyun. REPORT.AZ/ "Təəssüf ki, çox zəif və aşağı səviyyəli Türkiyə yığması gördüm".

"Report" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosnetski "Anadolu" agentliyinə müsahibəsində Fransada keçirilən Avropa çempionatında Türkiyə yığmasının oyununu dəyərləndirərkən deyib.

Əslən xorvatiyalı olan baş məşqçi Türkiyə millisindən belə oyun gözləmədiyini söyləyib: "Xorvatiya Türkiyədən daha yaxşı oynadı. İspaniya - Türkiyə qarşılaşmasında mübarizə görmədim. İspanlar istəsəydi, daha çox qol vura bilərdi. Seçmə oyunlarda Türkiyə millisi daha yaxşı oyun göstərirdi. Bu səbəbdən, onlardan yaxşı oyun gözləyirdim. Türk oyunçular meydanda bir-birinə dəstək olmur. Mən onları yarışa hazır görmədim".

R.Prosineçki bildirib ki, həmkarı Fatih Terimin insanlığını və ustadlığını hamı yaxşı bilir: "Həqiqətən komandada nələrin baş verdiyini anlamaq çox çətindir. Hamı daha yaxşı komanda gözləyirdi. Arda Turan və Hakan Çalhanoğlunun oyununu görmədik. Seçmə mərhələdəki Türkiyəni Fransada görmədik".

47 yaşlı mütəxəssisin fikrincə, Türkiyə millisində çox böyük dəyişikliklər edilməlidir. Əks təqdirdə, Çexiya ilə qrupdakı son qarşılaşma çətin olacaq: "Son oyunda Türkiyə 3 xal qazansa, qrupdan çıxa bilər".

Qeyd edək ki, Türkiyə ilə Çexiya arasında oyun iyunun 21-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi