Yuxarı

Avstriya yığmasının kapitanı karyerasını başa vurub

30 yaşlı müdafiəçi yığmada keçirdiyi illərə görə fəxr etdiyini bildirib

Bakı. 29 iyun.REPORT.AZ/ İngiltərənin "Lester" klubunun futbolçusu Kristian Fuks kapitanı olduğu Avstriya milli komandasındakı karyerasını başa vurub. "Report" xəbər verir ki, 30 yaşlı müdafiəçi yığmada keçirdiyi illərə görə fəxr etdiyini bildirib.

O, komandasının Avropa çempionatının final mərhələsində o qədər də uğurla çıxış etmədiyini, amma daim yaddaşlarda qalacağını vurğulayıb.

Qeyd edək ki, Kristian Fuks yığmada 78 oyuna 1 qol vurub. Avstriya millisi AVRO-2016-da 3 oyundan 1 xal toplayaraq, F qrupunda sonuncu yeri tutub. "Lester" isə gözlənilmədən İngiltərə çempionu olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi