Yuxarı

Avropa çempionatında türkiyəli hakimlər briqadası növbəti oyuna təyinat alıb

Cüneyt Çakır Belçika - İrlandiya matçını idarə edəcək

Bakı. 16 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatında iyunun 18-də keçiriləcək oyunlara təyinatlar açıqlanıb. "Report"un məlumatına görə, E qrupunda Belçika və İrlandiya yığmaları arasında keçiriləcək günün ilk oyunu türkiyəli hakimlər briqadasına tapşırılıb.

Baş hakim Cüneyt Çakıra Bahattin Duranla Tarık Onqun yan xətt, Hüseyin Göçeklə Barış Şimşek əlavə köməkçi-hakimlər qismində yardımçı olacaqlar. Fransalı Benua Bastyen dördüncü hakim, Frederik Kano ehtiyat köməkçi-hakim funksiyasını yerinə yetirəcək. Hakim-inspektor ingiltərəli Devi Elleray, UEFA nümayəndəsi belaruslu Svetlana Xrınkeviç olacaq. Bordo şəhər stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Günün digər oyunlarının təyinatları

F qrupu

20:00. İslandiya - Macarıstan

Baş hakim: Sergey Karasyov

Yan xətt hakimləri: Nikolay Qolubev, Tixon Kalugin

Əlavə köməkçi-hakimlər: Sergey Lapoçkin, Sergey İvanov (hamısı Rusiya)

Dördüncü hakim: Aleksey Kulbakov

Ehtiyat köməkçi-hakim: Vitali Malyutsin (hər ikisi Belarus)

Hakim-inspektor: Daqmar Damkova (Çexiya)

UEFA nümayəndəsi: Roland Ospelt (Lixtenşteyn)

Marsel, "Velodrom" stadionu

23:00. Portuqaliya - Avstriya

Baş hakim: Nikola Ritsoli

Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini

Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)

Dördüncü hakim: Aleksandru Tudor

Ehtiyat köməkçi-hakim: Oktavian Şovre (hər ikisi Rumıniya)

Hakim-inspektor: Bo Karlsson (İsveç)

UEFA nümayəndəsi: Steen Dahrup (Danimarka)

Paris, "Park de Prens" 

Qeyd edək ki, Cüneyt Çakır daha öncə F qrupunun Portuqaliya - İslandiya matçını idarə edib. Görüş 1:1 hesablı heç-heçə ilə tamamlanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi