Yuxarı

​Avropa çempionatında Fransa və Albaniya azarkeşləri arasında dava düşüb

İnsident zamanı Fransa və Belçika azarkeşləri bıçaq xəsarətləri alıblar

Bakı. 16 iyun. REPORT.AZ/ Fransanın Lion şəhərində yerləşən fan-zonada azarkeşlər arasında dava düşüb. 

"Report"un "Europe 1"ə istinadən verdiyi məlumata görə, insident zamanı Fransa və Belçika azarkeşləri bıçaq xəsarətləri alıblar.

Münaqişə dünən keçirilən Fransa-Albaniya (2:0) oyununun final fitindən sonra başlayıb. Oyundan sonra albaniyalı fanatlar dövlət himnlərini oxuyan yerli azarkeşlərə hücum edib.

Polisin müdaxiləsindən sonra azarkeşlər davaya son qoyub.

Qeyd edək ki, bundan əvvəl İngiltərə və Rusiya azarkeşləri münaqişələrlə yadda qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi