Yuxarı

​Avropa çempionatında dopinq aşkarlanmayıb

Ümumilikdə 1 818 futbolçudan nümunələr götürülüb

Bakı. 1 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatında iştirak edən futbolçularda bu günədək dopinq aşkarlanmayıb. 

"Report"un məlumatına görə, 1 818 futbolçuda yoxlama aparılıb və nəticələr mənfi çıxıb.

Testlərə yanvarın 1-dən start verilib. Yoxlama məqsədilə futbolçulardan nümunələr götürülərək Ümumdünya Antidopinq Agentliyinin (WADA) Fransanın Şatne-Malabri bölgəsindəki laboratoriyasına göndərilib.

Testlərin 354-ü turnir ərzində aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi