Yuxarı

​AVRO-2016: Ukrayna-Şimali İrlandiya oyununda dolu səbəbindən fasilə yaranıb

Görüşdə 3 dəqiqədən sonra davam etdirilib

Bakı. 16 iyun. REPORT.AZ/ Fransada Avropa çempionatı çərçivəsində keçirilən Ukrayna-Şimali İrlandiya matçında fasilə yaranıb.

"Report" xəbər verir ki, buna oyun zamanı Lion şəhərinə dolu yağması səbəb olub.

Şimali İrlandiyanın 1:0 hesabı ilə irəlidə olduğu qarşılaşma 58-ci dəqiqədə dayandırılıb və 3 dəqiqədən sonra hakim tərəfindən davam etdirilib.

Hazırda oyunun ikinci hissəsi oynanılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi