AVRO-2016: Uels yığması Belçika komandasına 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib - VİDEO

AVRO-2016: Uels yığması Belçika komandasına 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib - VİDEO Uels öz tarixində ilk dəfə Avropa çempionatının ½ finalında iştirak imkanı qazanıb
Futbol
2 İyul , 2016 00:55
AVRO-2016: Uels yığması Belçika komandasına 3:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib - VİDEO

Bakı. 2 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatının ikinci ¼ final qarşılaşması keçirilib. "Report" xəbər verir ki, Lillin "Pyer Morua" stadionunda baş tutan görüşdə Uels və Belçika milliləri üz-üzə gəlib. 

Uels yığması Belçika komandasına 3:1 hesabı ilə qalib gəlib. Bununla da, Uels yığması öz tarixində ilk dəfə olaraq Avropa çempionatının ½ final mərhələsinə yüksəlib.  

Qeyd edək ki, yarımfinalda Uels yığması Portuqaliya komandası ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 6-da Lionda baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi