Yuxarı

​AVRO-2016: Türkiyə millisinin növbəti oyununun hakimləri müəyyənləşib

Oyun serbiyalı hakimlər briqadasına həvalə olunub

Bakı. 14 iyun. REPORT.AZ/ Futbol üzrə Avropa çempionatının iyunun 17-də keçiriləcək oyunlarına təyinatlar açıqlanıb. 

"Report"un məlumatına görə, D qrupunda keçiriləcək İspaniya - Türkiyə oyunu serbiyalı hakimlər briqadasına həvalə olunub.

Görüşün baş hakimi Milorad Majiç olacaq. Ona yan xətt hakimləri qismində Milovan Ristoç və Dalibor Curceviç kömək edəcək. Əlavə köməkçi-hakim funksiyasını Danilo Qruyiç və Nenad Cokiç yerinə yetirəcək. Dördüncü hakim belaruslu Aleksey Kulbakov, ehtiyat köməkçi-hakim onun həmyerlisi Vitali Malyutsindir. Matçın hakim-insektoru rusiyalı Nikolay Levnikov, UEFA nümayəndəsi isə maltalı Byorn Vassallo olacaq.

Nitsada keçiriləcək oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

İlk oyunda Xorvatiyaya məğlub olan Fatih Terimin rəhbərlik etdiyi komandanın aktivində xal yoxdur və Çexiya ilə qrupun sonuncu pillələrini bölüşür.

Digər oyunların təyinatları:

E qrupu

17:00. İtaliya - İsveç

Baş hakim: Viktor Kaşşai

Yan xətt hakimləri: Dyord Rinq, Vensel Tot

Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş (hamısı Macarıstan)

Dördüncü hakim: Kleman Turpen

Ehtiyat köməkçi-hakim: Nikolas Dano (hər ikisi Fransa)

Hakim-inspektor: Devid Elleray (İngiltərə)

UEFA nümayəndəsi: Aleş Zavrl (Sloveniya)

Tuluza şəhər stadionu

D qrupu

20:00. Çexiya - Xorvatiya

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dürdüncü hakim: Tasos Sidiropulos

Ehtiyat köməkçi hakim: Damianos Eftimiadis (hər ikisi Yunanıstan)

Hakim-inspektor: Vlado Sayn (Sloveniya)

UEFA nümayəndəsi: Nodar Axalkatsi (Gürcüstan)

Sent-Etyen. "Joffrua Gişar" stadionu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi