Yuxarı

​AVRO-2016: Portuqaliya Uelsə qalib gələrək ilk finalçı olub - VİDEO

Futbol üzrə Avropa çempionatının ilk finalçısı müəyyənləşib

Bakı. 7 iyul. REPORT.AZ/ Bu gün Fransada keçirilən futbol üzrə Avropa çempionatının ilk finalçısı müəyyənləşib.

"Report"un məlumatına görə, yarımfinalda Portuqaliya və Uels yığmaları qarşılaşıb. Oyun 2:0 hesabı ilə Portuqaliya yığmasının qələbəsi ilə başa çatıb.

Qolları 50-ci dəqiqədə K.Ronaldo və 53-cü dəqiqədə Nani vurub. Bununla da Portuqaliya finala vəsiqə qazanıb.

Qeyd edək ki, qrup mərhələsini 3-cü pillədə başa vuraraq 1/8 finala yüksələn Portuqaliya bu görüşdən əvvəl ardıcıl olaraq Çexiya və Polşa komandalarını mübarizədən kənarlaşdırıb. 

Digər yarımfinalda Fransa ilə Almaniya üz-üzə gələcək. Oyun bu gün Marsel şəhərində keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi