Bakı. 12 iyun. REPORT.AZ/ Avro-2016-nın altıncı oyun günü üçün təyinatlar açıqlanıb.
"Report"un məlumatına görə, mayın 15-də II turun ilk 3 oyunu keçiriləcək.
II turda təşkilatçı Fransa yığması Albaniya millisi ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşmanın baş hakimi şotlandiyalı Uilyam Kollumdur. Ona irland Damyen Makqreytlə şotland Frensis Konnor yan xətt, digər həmyerliləri Robert Madden və Con Biton isə əlavə köməkçi-hakim qismində yardımçı olacaqlar.
Dördüncü hakim Maykl Oliverlə ehtiyat köməkçi-hakim Maykl Müllerkey İngiltərəndir. Rusiyalı Nikolay Levnikov hakim-inspektor, lixtenşteynli Roland Albert Ospelt UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Günün ilk oyunlarına təyinatlar isə belədir:
15 iyun
B qrupu
17:00. Rusiya - Slovakiya
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi-hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Ehtiyat köməkçi-hakim: Matias Klasenius (İsveç)
Hakim-inspektor: Yap Uilenberq (Hollandiya)
UEFA nümayəndəsi: Alen Makri (Şotlandiya)
A qrupu
20:00. Rumıniya - İsveçrə
Baş hakim: Sergey Karasyov
Yan xətt hakimləri: Nikolay Qolubev, Tixon Kalugin
Əlavə köməkçi-hakimlər: Sergey Lapoçkin, Sergey İvanov (hamısı Rusiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Ehtiyat köməkçi-hakim: Vitali Malyutsin (Belarus)
Hakim-inspektor: Herbert Fandel (Almaniya)
UEFA nümayəndəsi: Sten Dahrup (Danimarka)